FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Şagirdlərdə Vətənpərvərlik ruhunun yüksəldilməsi" adlı vebinar

03.08.2020

29.07.2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin UBR-i Hüseynzadə Nərminin təşəbbüsü, “İNVİCİBLE TEAM” qrupunun təşkilatçılığı və liseyin VIII sinif şagirdlərinin iştirakı ilə “Şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi” adlı vebinar keçirildi.

Vebinarın əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək və onlara bu hissi daha dərindən aşılamaq məqsədilə işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda aparılmış döyüşlərdə qəhrəmanlıq göstərmiş igid hərbçilərlə görüşünü təşkil etmək idi.

Vebinarda Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı baş leytenantı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli, "Vətən Naminə" və "General Həzi Aslanov" medallarına layiq görülmüş qazi Kamil Musəvi və Azərbaycan Silahlı Qüvvələrinin veteranıQarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir Natiq Mehdiyev iştirak etdi. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, daha sonra Qarabağın azad edilməsi uğrunda canından keçmiş şəhidlər 1 dəqiqəlik sükutla yad edildi. Bundan sonra vebinarda iştirak edən Qazilər şagirdlərə öz döyüş yollarından bəhs edərək, onlara vətənpərvərliyin mahiyyətini izah etməyə çalışdılar.

Vebinarın sonunda şagirdlərimiz əzbərlədikləri vətən haqqında şeirləri səsləndirdilər.