
Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VII sinfinə qəbul imtahanı keçirildi
21.08.2020
21 avqust 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VII sinfinə qəbul imtahanı keçirildi. İmtahan ümumtəhsil məktəblərinin VI sinfini bitirən və liseyə onlayn qeydiyyatdan keçmiş 600-dən çox şagirdi əhatə etməklə, 3 mərkəzdə Təhsil Nazirliyi tərəfindən təşkil edilmişdir. İmatahana gələn şagirdlər karantin qaydalarına uyğun olaraq, temperaturları yoxlanılmaqla, tibbi maskada binalara buraxıldı.
Şagirdlər hər biri 20 test tapşırığından ibarət olmaqla, 3 fənndən – Azərbaycan dili, riyaziyyat və məntiqdən imtahan verdilər. İnanırıq ki, 2020-2021-ci dərs ilində ən biliklilər bizim liseyin şagirdi adını qazanacaqlar.
Qeyd edək ki, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VIII və IX siniflərinə qəbul imtahanı 27 avqust 2020-ci il tarixində keçriləcəkdir. Bu barədə Liseyin saytında əlavə məlumat yerləşdiriləcəkdir.
Şagirdlərə uğurlar arzulayırıq!