FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

BİLDİRİŞ

23.08.2020

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinə

qəbul imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan

 keçmiş VII və VIII sinfi bitirən şagirdlərin və onların

valideynlərinin nəzərinə!

VII və VIII sinfi bitirənlər üçün imtahana buraxılış vərəqələri aşağıdakı linkdə yerləşdirilmişdir. Həmin linkdən özünüzə aid buraxılış vərəqəsini və bəyannaməni çap edin.

                Çap etdiyiniz buraxılış vərəqəsinin fotoşəkil yerinə imtahan verəcək şagirdin şəklini yapışdırmalı və şagirdin şəxsiyyət vəsiqəsini götürərək, imtahan günü buraxılış vərəqəsində göstərilən mərkəzlərə gəlməlisiniz. Şagirdin şəkli yeni olmalı, ölçüsü 3X4 sm, ağ fonda çəkilməlidir.  

Regionlarda yaşayan şagirdlər buraxılış vərəqəsini çap edib özləri  fotoşəkillərini sənədə yapışdıraraq, möhürlətmək üçün hazırda təhsil aldıqları ümumtəhsil məktəbinə və ya təhsil şöbəsinə müraciət etməlidirlər.

         DİQQƏT: Hörmətli valideynlər, karantin şərtlərinə uyğun olaraq, övladlarınızı imtahana tibbi maskada gətirmək tələb olunur!

         İmtahanın keçiriləcəyi tarix: 27 avqust 2020-ci il.

         Buraxılış vərəqəsini və bəyannaməni aşağıdakı linkdən çap edin:

 

https://drive.google.com/drive/folders/1mhFrDHZC6lBp9btBmVoG8WsODue_52wZ

(Linklə bağlı qeyd: linkin üzərinə vurun və açılmış siyahıdan öz adınızı seçin)