
Asiya Pasifik İnformatika Olimpiadasının bürünc medalçısı – Murad Eynizadə
24.08.2020
14-21 avqust 2020-ci il tarixlərində onlayn şəkildə Asiya Pasifik İnformatika Olimpiadası keçrildi. 33 ölkədən 200-dən çox şagirdin iştirak etdiyi bu bilik yarışında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XIc sinif şagirdi Eynizadə Murad Mayis oğlu bürünc medala layiq görülüb.
Məlumat üçün bildirək ki, Asiya Pasifik İnformatika Olimpiadası 2007-ci ildən etibarən Beynəlxalq İnformatika Olimpiadası formatında təşkil edilən virtual müsabiqədir, məktəblilərimiz sözügedən yarışa 2019-cu ildən etibarən qatılırlar.
Xatırladaq ki, Liseyimizin şagirdi Murad Eynizadə 2018-2020-ci illər arasında Avropa Junior İnformatika Olimpiadasında (EJOİ), 4-cü Beynəlxalq Metropolis Olimpiadasında, 15-ci Beynəlxalq Jautkov Olimpiadasında, 16-cı Beynəlxalq Jautkov Olimpiadasında gümüş və bürünc medallar qazanmışdır. O həm də Koreya Qabaqcıl Elm və Texnologiya Universitetinin Kompüter elmləri fakültəsinə (KAİST) qəbul olmuşdur.
Murad Eynizadəni, onun üçün əziyyət çəkmiş müəllim və valideynlərini Lisey kollektivi adından təbrik edir, can sağlığı və işlərində uğurlar arzulayırıq!