XƏBƏRLƏR

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8 və 9-cu siniflərinə qəbul imtahanı keçirildi
27.08.2020
27 avqust 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8 və 9-cu siniflərinə qəbul imtahanı keçirildi. İmtahan karantin şərtlərinə uyğun olaraq, Təhsil İnstitutu tərəfindən 3 mərkəzdə (Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi, Ak.Z.Əliyeva adına lisey, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası) təşkil edildi.
Qeyd edək ki, Liseyin 8-ci sinfinə qəbul olmaq istəyən şagirdlərə Azərbaycan dili, riyaziyyat və məntiq, 9-cu sinfinə qəbul olmaq istəyən şagirdlərə isə Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən test tapşırıqları təqdim olundu.
İmtahan verən şagirdlərə uğurlar arzulayır, ən layiqlilərin liseyimizin şagirdi adını qazanacağına ümid edirik!