FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VII sinfinə qəbul olan şagirdlərin və onların valideynlərinin nəzərinə!

01.09.2020

      Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin VII sinfinə qəbul olan şagirdlərin siyahı üzrə ilk 60 nəfəri qeydiyyatdan keçmək üçün 02.09.2020-ci il tarixində saat 10:00-dan – 14:00-a qədər liseyə müraciət etsinlər.

Hörmətli valideynlər, liseyə gələrkən özünüzlə,

  1. qəbul olmuş şagirdin valideyninin (ata və ya ananın) şəxsiyyət vəsiqəsini;
  2. şagirdin özünün şəxsiyyət vəsiqəsini;
  3. işlək mobil telefonunuzu gətirməyi unutmayın.

Diqqət: Karantin qaydalarına uyğun olaraq, liseyə tibbi maska ilə gəlin;

             Qeydiyyatdan keçmək üçün şagirdin gəlməyi vacib deyil.

         Qeyd: Qalan digər qəbul olmuş şagirdləri növbəti günlərdə qeydiyyatdan keçmək üçün liseyə dəvət edəcəyik. Liseyin saytını və Fb səhifəsini izləyin.