FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IX sinfinə qəbul olan şagirdlərin və onların valideynlərinin nəzərinə!

04.09.2020

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin IX sinfinə qəbul olan şagirdlər qeydiyyatdan keçmək üçün 07.09.2020-ci il tarixində saat 10:00-dan – 14:00-a qədər liseyə müraciət etsinlər.

Hörmətli valideynlər, liseyə gələrkən özünüzlə,

  1. qəbul olmuş şagirdin valideyninin (ata və ya ananın) şəxsiyyət vəsiqəsini;
  2. şagirdin özünün şəxsiyyət vəsiqəsini;
  3. oxuduğu məktəbdən UTİS kodunu əldə edib;
  4. işlək mobil telefonunuzu gətirməyi unutmayın.

Diqqət: Karantin qaydalarına uyğun olaraq, liseyə tibbi maska ilə gəlin;

             Qeydiyyatdan keçmək üçün şagirdin gəlməyi vacib deyil.

         Qeyd: Əvvəlki günlərdə qeydiyyatdan keçməmiş VII və VIII sinfə qəbul olan şagirdlər də həmin gün (07.09.2020) müraciət etsinlər.