FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyimizin şahmat komandasının uğuru

03.05.2016

Mayın 3-də 11 nömrəli Uşaq Gənclər İdman məktəbinin zalında Ümumdünya Şahmat Olimpiadasının təbliöinə həsr edilmiş ümumtəhsil məktəblərinin komandaları arasında  respublika şahmat turnirinin Yasamal rayonu üzrə mərhələ yarışı keçirilib. Yarışda 14 komanda tərkibində 56 nəfər iştirak edib. Komandanın tərkibi 4 nəfərdən- 1 müəllim, 1 valideyin,  VIII və aşağı siniflərdə oxuyan 1 nəfər qız və 1 nəfər oğlan şagirddən ibarətdir. 

Yarışlar olimpiya sistemi üzrə keçirilib. Yekun nəticələrə əsasən  Fizika riyaziyyat və informatika təmayüllü liseyin komandası Kərimov Məhəmməd, Məmmədov Fəzail, Cəfərzadə Zamiq və Muradzadə Səbinə  I yer tutublar.

Turnirin qalibi olaraq liseyimizin komandası may ayında keçiriləcək zona mərhələsinə vəsiqə qazanıb.