FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yeniyetmələrin 24-cü Balkan Riyaziyyat Olimpiadasının qalibləri

15.09.2020

09-13 sentyabr 2020-ci il tarixində onlayn şəkildə Yeniyetmələrin 24-cü Balkan Riyaziyyat Olimpiadası keçirildi. 18 ölkədən 108 iştirakçının qatıldığı bu bilik yarişinda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri 1 qızıl, 1 gümüş, 2 bürünc olmaqla, ümumilikdə 4 medal qazanıblar. Onları siz də tanıyın:

         Abbasov Toğrul Namiq oğlu – IX sinif, qızıl medal;

         Cəfərzadə Amin Anar oğlu – IX sinif, gümüş medal;

         Hüseynov Cəlil Hüseyn oğlu – VIII sinif, bürünc medal;

         Mantaşlı Şamil Natiq oğlu – IX sinif, bürünc medal.

         Şagirdlərimizi Liseyin kollektivi adından təbrik edir, onlar üçün əmək sərf edən hər kəsə dərin təşəkkürümüzü bildirir, can sağlığı, yeni-yeni uğurlar arzulayırıq!