FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

61-ci Beynəlxalq Riyaziyyat Olimpiadasının bürünc medalçısı – Murad Ağazadə

01.10.2020

     19-28 sentyabr 2020-ci tarixlərində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində virtual formatda 61-ci Beynəlxalq Riyaziyyat Olimpiadası keçirildi. 105 ölkədən 616 iştirakçının qatıldığı bu olimpiadaya şagirdlərimiz Təhsil Texnologiyaları Mərkəzindən qoşulmuşdular.

    Bu olimpiadada 6 şagirdin təmsil olunduğu Azərbaycan komandasının üzvlərindən bir nəfər – Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XIc sinif şagirdi Murad Ağazadə bürünc medal, eyni zamanda, IXc sinif şagirdi Toğrul Abbasov və XIc sinif şagirdi Abbas Məmmdəov isə həvəsləndirici sertifikatlar qazanmışlar.

    Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!