FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Prezident təqaüdçüləri - Babayeva Fidan Namiq qızı və Məmmədov Elvin Vəli oğlu

03.11.2020

29 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020//2021-ci dərs ilində ali məktəblərə qəbul olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalamışdır.

 Sərəncama əsasən tələbə adını qazanmış yüksək bal toplayan 102 tələbəyə Prezident təqaüdü veriləcək.

 Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 2 nəfər məzunu: Babayeva Fidan Namiq qızı və Məmmədov Elvin Vəli oğlu da Prezident təqaüdünə layiq görülmüş tələbələr sırasında yer almışdır.

Məzunlarımızı təbrik edir, onlara can sağlığı və gələcək təhsl illərində yeni-yeni uğurlar arzulayırıq!