FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

37-ci Balkan Riyaziyyat Olimpiadasının qalibləri

19.11.2020

31 oktyabr – 05 noyabr 2020-ci il tarixlərində Rumıniyada onlayn formatda 37-ci Balkan Riyaziyyat Olimpiadası təşkil edilmişdi. 18 ölkədən 108 məktəblinin qatıldığı bu Olimpiadada Azərbaycan məktəbliləri uğurlu nəticə göstərmiş və komandanın bütün üzvləri medallara layıq görülmüşdür.      

Qeyd edək ki, Azərbaycanı təmsil edən komandanın 3 üzvü Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləridir. Belə ki, liseyimizin 11-ci sinif şagirdi Abbas Məmmədov gümüş, 10-cu sinif şagirdi Toğrul Abbasov və 9-cu sinif şagirdi Fidan Qarayeva isə bürünc medala layiq görülmüşdür.

Liseyin bütün kollektivi adından şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!