FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İkinci Qarabağ müharibəsində şəhid olmuş məzunlarımız

27.11.2020

  27 sentyabr 2020-ci il tarixində Ermənistan Silahlı qüvvələri 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərindən vətənimizə qarşı təcavüz etdi. Bu təcavüzün qarşını alan Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatlarına başladı. Azərbaycan xalqı Vətən torpaqlarının erməni quldurlarından təmizlənməsi uğrunda başlanan İkinci Qarabağ müharibəsində dövlətin və hökumətin ətrafında sıx birlik nümayiş etdirərək, ərazi bütövlüyümüzün bərpası naminə ölüm-dirim savaşına qoşuldu.

İşğal olunmuş ərazilərimizin bir hissəsini 44 gün ərzində erməni terrorçularından təmizləyən Azərbaycan əsgəri dünyanı heyrətə gətirən misilsiz rəşadət və qəhrəmanlıq göstərdi. Vətənin azadlığı və bütövlüyü uğrunda gedən bu müharibədə neçə-neçə igid oğullarımız canından keçərək, şəhidlik zirvəsinə ucaldı.

Şəhidlik zirvəsinə ucalan əsgərlərimiz sırasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin məzunları da var.

  1. Əhmədzadə Elməddin Uğur oğlu, liseyi 2014-cü ildə bitirib. 27 sentyabr 2020-ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.
  2. Qarayev Amal Ədalət oğlu, liseyi 2018-ci ildə bitirib. 04 oktyabr 2020-ci il tarixində Murov uğrunda gedən döyüşlərdə şəhid olub.
  3. Həsənov Cavid Mikayıl oğlu, liseyi 2010-cu ildə bitirb. 25 oktyabr 2020-ci il tarixində Şuşa - Laçın uğrunda gedən döyüşlərdə şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub.

Lisey kollektivi adından şəhid olmuş məzunlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik! Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayacaqdır!

Allah rəhmət eləsin, ruhları şad olsun!