FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Əlillik - sevgisizlikdir" adlı vebinar

04.12.2020

03.12.2020 tarixində _Beynəlxalq Əlilliyi olan Şəxslər Gününə_ həsr edilmiş “Əlillik - sevgisizlikdir” adlı vebinar keçirildi. Vebinar “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyinin təşkilatçılğı ilə baş tutdu. Təşkilatın sədri Mətanət Quliyevanın açılışı ilə başlayan tədbir bu sahədə çalışan bir-birindən dəyərli mütəxəssislərin, əngəlləri aşıb bir çox uğurlara imza atan əlilliyi olan şəxslərin, eyni zamanda qardaş Türkiyədən bizə qoşulan dostlarımızın faydalı, maarifləndirici çıxışları ilə davam etdi.

Vedbinarda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 7 və 8-ci sinif şagirdləri də iştirak etdilər. Cəmiyyətin əlilliyi olan şəxslərə münasibəti, onlara yaradılan şərait, ümumiyyətlə, həmin insanların qarşılaşdığı maneələr və həll yolları, inklüziv təhsil və s. haqqında geniş fikirlər söylənildi. 2 saatdan artıq davam edən tədbir şagirdlərimiz və digər iştirakçılar tərəfindən böyük sevgi və maraqla qarşılandı.