XƏBƏRLƏR

Vətənin qəhrəman oğullarına şagirdlərimizin məktubları
20.10.2020
Vətən müharibəsində döyüşlərin qızğın çağında (16.10.2020) Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri ön cəbhəyə - əsgərlərimizə sovqat göndərmişdilər. Sovqatlarla yanaşı, şagirdlərimiz Vətənimizin qəhrəman oğullarına ürək sözlərinin, arzularının yer aldığı məktublar da göndərmişdilər. Eyni zamanda, şagirdlərimiz bu mövzuda “Qarabağ Azərbaycandır!” adlı videoçarx da hazırlamışlar.