FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Sudan qənaətlə və səmərəli istifadə edək

10.12.2020

10 dekabr 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8d sinif şagirdlərinin iştirakı və coğrafiya müəllimi Taleh Ələsgərovun təşkilatçılığı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun “Sudan qənaətlə və səmərəli istifadə edək” adlı maarifləndirici tədbir keçirildi. Tədbir onlayn şəkildə “Virtual məktəb” platforması üzərindən təşkil olunmuşdu.

Tədbirdə liseyin coğrafiya müəllimi Taleh Ələsgərov çıxış edərək, nəinki məktəbdə, bütün Respublikada su ehtiyatlarından səmərəli istifadənin vacib olduğunu şagirdlərin diqqətinə çatdırdı. Su ehtiyatlarının tükənən olması, hər bir şagirdin olduğu məkandan asılı olmayaraq, bu prosesə həssas yanaşmalı olduğu müəllimin hazırladığı slaydlarda da əksini tapmışdı.

Tədbirdə həmçinin sudan səmərəli istifadə etmək üçün şagirdlərin nələrə diqqət yetirməli olduqları də onların nəzərinə çatdırıldı.