FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Hərbi-vətənpərvərliyə həsr olunmuş Çağırışaqədərki hazırlıq dərsləri

11.12.2020

      Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində Çağırışaqədərki hazırlıq fənnini tədris edən Veysəl Mirzəhmədov 10 və 11-ci siniflərdə keçdiyi dərslərdə şagirdlərdə hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xüsusi diqqət ayırır. Bu mənada 11 dekabr 2020-ci il tarixində liseyin 10ç və 10d siniflərində keçilən Çağırışaqədərki hazırlıq dərsi diqqəti çəkir.

Müəllim dərsin əvvəlində Azərbaycan Ordusunun qüdrətindən, döyüşkənliyindən söz açaraq, əsgərlərin fiziki gücünün və mənəvi ruhunun yüksək olmasını onların vətənə qırılmaz tellərlə bağlı olması ilə əlaqələndirdi. Daha sonra o qeyd etdi ki, vətənpərvərlik tərbiyəsi uşaq yaşlarından yetişən nəslə aşılanmalıdır.

   Şagirdlər dərsdə Vətən müharibəsində qəhrəmanlıq göstərmiş əsgərlərin döyüş yolunun yer aldığı məlumatlarla da tanış oldular.