FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

09 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş bilik yarışının qalibləri

02.12.2020

  Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8b sinif şagirdlərindən ibarət komanda Təhsil Nazirliyinin dəstəyi ilə “İntellekt” evinin təşkil etdiyi və 09 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş bilik yarışında uğurla çıxış edərək, qalib olublar. Bu münasibətlə şagirdlərimiz “Əli və Nino” kitab mağazaları şəbəkəsi tərəfindən müxtəlif mükafatlara layiq görülüblər.

   Xatirladaq ki, 8b sinif şagridlərindən təşkil olunmuş bu komanda bundan əvvəl təşkil olunmuş bilik yarışında da qalib gəlmiş və müxtəlif hədiyyə kuponları ilə mükafatlandırılmişdılar.

   Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!