XƏBƏRLƏR

"Robotlar aləmi"
16.05.2016
Fizika-riyaziyyat və informatika təmayüllü lisey yeni layihə üzərində işləyirlər. Liseyimizin IX D sinif şagirdləri Həsənov Emin, Əlizadə Şükran və Babayev Muradın köməyi ilə robot layihəsi davam etdirilir. Gələn ildən etibarən robotlar dərsliklərdə istifadə olunacaq. 30 robot hazırlanmamış şəkildə liseyə təhvil verilib. Robotların hazırlanmasında liseyin informatika müəllimi Məhərrəmov Valid müəllim şagirdlərə nəzarət edir. Hələki 4 ədəd robot hazırdır. Bu yaxınlarda robot sərgisinə start veriləcək. VII, VIII sinflər üçün nəzərdə tutulmuş sərgi müxtəlif formalarda at, it, avtomobil və s. robot nümayişi planlaşdırılmışdır.