FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Erkən nigaha və qohum evliliyinə son" adlı vebinar

12.12.2020

    12 dekabr 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8-ci sinif şagirdlərinin iştirakı ilə “Erkən nigaha və qohum evliliyinə son” adlı vebinar keçirildi. Liseyin UBR-i Nərmin Hüseynzadənin təşkilatçılığı ilə keçirilən bu vebinarda “Əngəlsiz düşüncə” İctimai Birliyinin sədri Mətanət Quliyeva və psixologiya üzrə fəlsəfə doktoru, prixoterapevt Ramida Məmmədova da qonaq qismində iştirak edirdi.

      İştirakçılar əvvəlcə Ümummilli lider H. Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şagirdlər Liderə hörmət əlaməti olaraq, profillərində öndərin şəkillərini yerləşdirmişdilər.

    Vebinarda çıxış edən Mətanət xanım şagirdlərə erkən nigahın və qohum evliliyinin insanın sağlamlığına olan təsirindən danışaraq, həyati fakt kimi “Azyaşlı şagirdin toyu” hekayəsini diqqətə çatdırdı və bundan təsirlənərək yazdığı şeiri səsləndirdi.

Digər qonağımız, psixoloq Ramida Məmmədova isə şəxsiyyətin formalaşmasına təsir edən amillər barədə şagirdlərə məlumat verdi. Qonaqlar vebinarın sonunda şagirdlərin suallarını cavablandırdılar.