FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasətə həsr olunmuş videokonfrans

12.12.2020

   12 dekabr 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin kollektivi videokonfrans formatinda “Virtual məktəb” platforması üzərindən Pedaqoji Şuranın iclasını keçirdi. Onlayn şəkildə keçirilən islasda 84 müəllim iştirak edirdi.

İclasın sədri, liseyin direktoru T.Talıbov əvvəlcə Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin, eyni zamanda, Ümummilli lider H.Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Daha sonra sədr Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə məlumat vermək üçün sözü liseyin tarix müəllimi İdrak Əliyevə verdi. İdrak müəllim bu barədə kollektiv üzvlərinə geniş və detallı məlumat verərək, qeyd etdi ki, aparılan siyasət gələcəkdə tarixi qərb torpaqlarımızın (İrəvan, Göyçə, Zəngəzur) da işğaldan azad olunacağına bizdə ümid yaratdı.

İclasda eyni zamanda, onlayn dərslərin təşkili ilə bağlı da fikir mübadiləsi aparıldı, rəhbəliyin apardığı statistik təhlillər müəllimlərin diqqətinə çatdırıldı, onların rəy və təklifləri dinlənildi.

Sonda qərara alındı ki,

a) Humanitar fənləri tədris edən müəllimlər Azərbaycan dövlətinin apardığı siyasətin mahiyyəti haqqında mütəmadi olaraq, şagirdlərə məlumatlar versinlər;

b) Müəllimlər onlayn dərslərin keyfiyyətinin artırılması istiqamətindəki fəaliyyətlərini daha da təkmilləşdirsinlər.