FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Azərbaycan ordusunun dünya hərb tarixində açıdığı yeni səhifə" mövzusunda onlayn dərs

15.12.2020

  15 dekabr 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təamyüllü Respublika liseyinin tarix müəllimi Anar Ələsgərovun təşkilatçılığı və 7a, 7ç sinif şagirdlərinin iştirakı ilə “Virtual məktəb” platforması üzərindən “Qarabağ tarixi” fənnindən onlayn keçirilən dərs Azərbaycan ordusunun Vətən müharibəsində zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifə mövzusuna həsr edildi.

   Əvvəlcə müəllim 27 sentyabrda başlayıb 10 noyabrda başa çatan Vətən müharibəsinin bir tarixi zərurət olduğunu şagirdlərin diqqətinə çatdırdı, Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, erməni təxribatları, Qarabağdakı terror fəaliyyətləri haqqında qısa məlumat verdi.

  Daha sonra işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda başlayan Vətən müharibəsində Azərbaycan Ordusunun keçdiyi şanlı zəfər yolu haqqında şagirdlərə geniş məlumat verən Anar müəllim müzəffər Azərbaycan Ordusunun bu müharibədə istifadə etdiyi yeni hərbi taktika və yeni hərbi texnologiyaları xüsusi qeyd edərək bildirdi ki, “müasir dünyanın hərb tarixinə Ordumuz öz adını qızıl hərflərlə yazdırdı. Başda Şuşa əməliyyatı olmaqla, torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan Ordusunun istifadə etdiyi hərbi taktika və müasir texnologiyalardan istifadə bacarığı dünyanın ən güclü orduya malik olan dövlətlərinin diqqətini cəlb etmiş və onlar Ordumuzun bu döyüş yolunu öyrənməyə başlamışlar”.

   Dərsin sonunda şagirdlər Ordumuzun döyüş yolu ilə bağlı fikir və mülahizələrini bildirdilər.