FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Valideyn iclası – 8c

19.12.2020

   19 dekabr 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyndə təhsil alan 8c sinif şagirdlərinin valideynlərinin iştirakı ilə “virtual məktəb” platforması üzərindən onlayn formatda iclas keçirildi. İclasda sinif rəhbəri Gülşən Şalıyeva və həmin sinifdə dərs aparan fənn müəllimləri iştirak etdilər.

  Əvvəlcə fənn müəllimləri onlayn dərslərdə rastlaşdıqları çətinlikləri dilə gətirərək, prosesin keyfiyyətli alınması üçün valideynlərin də köməyinin vacib olduğunu bildirdilər. Daha sonra şagirdlərin dərsdəki fəalliği barədə məlumatlar verildi.

    Sonda valideynləri maraqlandıran suallar ətrafinda fikir mübadiləsi aparıldı.