FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

V Beynəlxalq Meqapolislər Olimpiadasının riyaziyyat üzrə qalibləri - Cəfərzadə Amin Anar oğlu və Abbasov Toğrul Namiq oğlu

23.12.2020

   16-22 dekabr 2020-ci il tarixləri arasında onlayn şəkildə V Beynəlxalq Meqapolislər Olimpiadası keçirildi. Qeyd edək ki, dünyanın 31 ölkəsindən şagirdlərin qoşulduğu bu yarışmanın təşkilatı mərkəzi Moskva şəhəri idi. Yarışma fizika, kimya, riyaziyyat, informatika fənləri üzrə təşkil edilmişdi.

   Bu beynəlxalq olimpiadaya qatılan Azərbaycan komandasında yer alan iki şagirdimiz: Cəfərzadə Amin Anar oğlu Abbasov Toğrul Namiq oğlu uğurla çıxış edərək, riyaziyyat fənni üzrə gümüş medala layiq görülüblər.

   Hər iki şagird Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Xc sinifndə təhsil alırlar.

    Liseyin kollektivi adından şagirdlərimizi və onların uğur əldə etməyində əməyi olan hər kəsi təbrik edir, can sağlığı, yeni-yeni uğurlar arzulayırıq!