FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Resurs Mərkəzlərinin onlayn fəaliyyətinin necə təşkil olunacağına həsr olunmuş təlim

30.12.2020

         15 dekabr 2020-ci il tarixində British Council (Azərbaycan) tərəfindən davamlı olaraq, təşkil olunan “Qabaqcıl cəmiyyət naminə mükəmməl bacarıqlar” layihəsi çərçivəsində növbəti onlayn təlim keçirildi. Təlim Azərbaycan məktəblərinin ingilis dili müəllimləri üçün nəzərdə tutulmuşdu.

    Təlimdə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin ingilis dili müəllimləri: İradə Yahyayeva, Rəşad Nəsibov, Nigar Novruzova, Günel Sadıqova, Ağahüseyn Məmmədov, Kəmalə Atakişiyeva da iştirak edirdi. Tədbiri ukraynalı təlimçilər: Olesya Yakivçuk və Andrey Verboviy aparırdılar. Virtual şəkildə keçirilən bu təlimdə Resurs Mərkəzlərinin onlayn fəaliyyətinin necə təşkil olunması məsələləri müzakirə olunub.