FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Həmrəylik Günü və Yeni il münasibətilə əsgərlərin və imkansız ailələrin övladlarına yeni il hədiyyələri paylandı

30.12.2020

     Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin UBR-i Nərmin Hüseynzadənin təşəbbüsü və liseydə təhsil alan şagirdlərin valideynlərinin yaxından köməyi sayəsində 31 Dekabr Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əsgərlərin və imkansız ailələrin övladlarına yeni il hədiyyələri paylandı. Bu aksiya nəticəsində toplanmış hədiyyələr 28 ailəni əhatə etdi və hal-hazırda da davam edir. Uşaqları sevindirmək üçün hədiyyələr Şaxta baba vasitəsilə təqdim olundu.

Qeyd edək ki, Şaxta babanın missiyasını liseyimizin məzunu Elton Vəliyev öz üzərinə götürmüşdü.

Bu aksiyanın baş tutmasında əməyi olan hər kəsə Liseyin kollektivi adından dərin təşəkkürümüzü bildirir, onlara can sağlığı və işlərində uğurlar arzulayırıq!