FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Sinif rəhbərlərinin iştirakı ilə iclas

11.01.2021

        09 yanvar 2021-ci il tarixində “Virtual məktəb” platforması üzrərindən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində çalışan sinif rəhbərlərinin iştirakı ilə iclas keçirildi. İclasda liseyin direktoru T. Talıbov da iştirak edirdi. Əvvəlcə, direktor distant tədris müddətində müşahidə etdiklərini, xüsusən şagirdlərin davamiyyətinin bəzi siniflərdə qənaətbəxş olmadığını iştirakçıların diqqətinə çatdırdı.

  Tərbiyə işləri üzrə direktor müavini V. Bəyalıyev də yuxarı siniflərdə davamiyyətin vəziyyətinin onu qane etmədiyini dedi və dərsdən yayınan şagirdlərin prosesə cəlb olunması istiqamətində səyləri daha da artıracaqlarını bildirdi.

   İclasda qərara alındı ki, valideyn iclasları təşkil olunsun və bu çatışmazlıqlar onların da diqqətinə çatdırılsın.