
"Qış onlayn yarışı" qalibləri
12.01.2021
25 dekabr 2020-ci il tarixində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində proqramlaşdırma və riyaziyyat üzrə 8-15 yaş arası şagirdlər üçün “Qış onlayn yarışı” başladılmışdı.
Yarışın süjetinə əsasən, iştirakçılar 31 dekabr 2020-ci il tarixinə qədər qarşıdan gələn yeni ili xilas etməli və bunun üçün onlara verilən tapşırıqları düzgün yerinə yetirməli idilər.
Yarışda şagirdlərin sinif yoldaşları ilə birgə 3-6 nəfərdən ibarət komanda yaradaraq, iştirak edə bilmələri üçün də imkan yaradılmışdır.
Bu beynəlxalq yarışda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8ç sinif şagirdlərinin: Amil Ələkbərov (kapitan), Fuad Yusifov və Nəzrin Xəlilovanın yaratdığı “Red line” adlı komanda uğurla çıxış edərək, birinci yeri qazandı.
Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!