FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

XVII Beynəlxalq Jautikov Olimpiadasının qalibləri sırasında 6 şagirdimiz yer alıb

14.01.2021

       07-12 yanvar 2021-ci il tarixləri arasında Qazaxıstanın Alma-Ata şəhəri təşklatçı olmaqla onlayn XVII Beynəlxalq Jautikov Olimpiadası (IZhO) keçirildi. Olimpiada üç fənni (fizika, riyaziyyat və informatika) əhatə edirdi.

       Bu bilik yarışında ölkəmizi təmsil edən şagirdlər uğurla çıxış edərək, ümumilikdə 15 medal qazanıblar. Medal qazananlar sirasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri də yer alıb. Belə ki, şagirdlərimiz iki fənn üzrə (riyaziyyat və informatika) medallara layiq görülüblər:

Riyaziyyat fənni üzrə: Fidan Qarayeva (IXb sinfi), gümüş;

                                              Amin Cəfərzadə (Xc sinfi), gümüş;

                                             Toğrul Abbasov (Xc sinf), gümüş;

                                             Emin Xəlilov (11b sinfi), bürünc;

                                            Muhammed Nuriyev (Xc sinfi), bürünc.

İnformatika fənni üzrə: Emin Orucov (XIc sinfi), bürünc.

      Şagirdlərimizi, onların təhsilində əməyi olan hər kəsi Liseyin kollektivi adından təbrik edir, can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!