FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"İfadəli oxu texnikası" adlı maarifləndirici tədbir

14.01.2021

    13 yanvar 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8a sinif şagirdlərinin iştirakı ilə onlayn şəkildə “İfadəli oxu texnikası” adlı maarifləndirici tədbir keçirildi.

Tədbirdə Akademik Milli Dram Teatrının rejissoru Samir Qulamov da iştiral edirdi. O, bədii qiraətin mexanizmi haqqında məlumat verdi və şagirdlərin birbaşa iştirakı ilə konkret nümunələr üzərində ifadəli oxu təşkil etdi.

Bədii qiraət zamanı mətnlərin təqdim olunmasında situasiyanın həlledici rol oynadığı, bu zaman üzün aldığı ifadənin vəziyyətə və məzmuna uyğunluğunun əsas şərtlərdən biri olduğu şagirdlərin diqqətinə çatdırıldı.