FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"20 Yanvar – tarixin dərsləri" adlı onlayn tədbir

18.01.2021

   18 yanvar 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin UBR-i Nərmin Hüseyzadənin təşəbbüsü və 7a sinif şagirdlərinin iştirakı ilə “20 Yanvar – tarixin dərsləri” adlı onlayn tədbir keçirildi. Tədbirdə liseyin tarix müəllimi Anar Ələsgərov və sinif rəhbəri Zülfiyyə Qarayeva də iştirak edirdilər.

   Tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik süktla yad edildi. Daha sonra Anar müəllim bu hadisənin baş vermə tarixi haqqında geniş məlumat verdi. Tədbir boyu şagirdlər (Katyalova İlqarə, Cəfərov Nihad, Əhmədova Dəniz, Lətifli Oqtay, Orucova Ləman, Nəsibova Ləman, Nəsibova Ayan, Kərimli Rüstəm, İbadzadə Uğur) hazırladıqları bədii parçaları təqdim etdilər. Şagirdlərdən Dəniz Əhmədova Larisa və İlqar haqqında babasından eşitdiyi məlumatları bölüşdü. Oqtay Lətifli isə şəhid Xudayarın dilində səslənən “Vətən yaxşıdır” mahnısını oxudu.

   Tədbirin sonunda UBR Nərmin Hüseynzadə və sinif rəhbəri Zülfiyyə Qarayeva da öz fikirlərini iştirakçılarla bölüşdulər.