XƏBƏRLƏR

"XXI əsrin düşüncələri" adlı vebinar
08.02.2021
8 fevral 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində fəaliyyət göstərən EKO KLUB-un təşəbbüsü və liseyin 8b sinif şagirdlərinin iştirakı ilə onlayn formatda “XXI əsrin düşüncələri” adlı vebinar keçirildi. Vebinarda AMEA-nın Mərkəzi Nəbatat Bağında aparıcı elmi işçi kimi çalışan və Gənc Alimlər Şurasının sədri Fərid Seyfullayev şagirdlərdə liderlik keyfiyyətlərinin formalaşdırılması və XXI əsrin əsas çağırışları barədə fikirlərini bölüşdü. Tədbir qarşılıqlı sual-cavab formasında davam etdirildi.
Maraqlı tədbir üçün Fərid Seyfullayevə lisey rəhbərliyi adından təşəkkürümüzü bildiririk.