FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Xəyallarımızdakı dünyamız" adlı psixoloji tədbir

17.02.2021

17 fevral 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin UBR-I Nərmin Hüseynzadənin təşəbbüsü və liseyin 7a sinif şagirdlərinin iştirakı ilə “Xəyallarımızdakı dünyamız” adlı psixoloji tədbir keçirildi. Tədbirdə uzun fasilədən sonra şagirdlərin əyani dərsə adaptasıya prosesi barədə söhbət aparıldı, son bir ildə ətrafda baş verənlərin mahiyyəti haqda onların fikrləri dinlənildi. Sonda şagirdlər xəyallarındakı dünyanı necə təsəvvür etdikləri barədə fikirlərini bölüşdülər.

Tədbirin təşkilatçılarına lisey rəhbərliyi adından təşəkkürümüzü bildiririk!