FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Dünənimizdən sabahımıza açılan mənəvi körpüdür ana dilimiz" adlı tədbir

23.02.2021

 

 22 fevral 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Hüseynovanın təşkilatçlığı və 8b sinif şagirdlərinin iştirakı ilə 21 Fevral Beynəlxalq Ana Dili Gününə hərs olunmuş “Dünənimizdən sabahımıza açılan mənəvi körpüdür ana dilimiz”  adlı tədbir keçirildi. Azərbaycan dili qədim və zəngin bir dildir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Daha sonra şagirdlər bir çox xarici dillərdə "Mən ana dilimi çox sevirəm" cümlələrini söylədilər. Tədbir şagirdlərin rus sözlərini Azərbaycan sözləri ilə əvəz etməsi formasında davam etdi.

Sonda isə şagirdlər dil haqqında aforizmlər söylədilər və təşkilatçı “Ana dil, doğma dil xalqın varlığıdır. Bizim dilimiz dünya dilləri içərisində şərəfli bir yer tutur. Bu dildə dünya mədəniyyətini zənginləşdirən ölməz sənət abidələri yaradılmışdır. Dünənimizdən sabahımıza açılan mənəvi körpüdür ana dilimiz. Varlığımız və sərvətimiz olan ana dilimizin saflığını, müqəddəsliyini qorumaq hamımızın borcudur. Bu mənəvi sərvətimizi unutmamaq və unutdurmamaq, qorumaq lazımdır” sözləri ilə tədbiri yekunlaşdırdı.