FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Azərbaycanın biomüxtəlifliyi" adlı vebinar

20.02.2021

   19 fevral 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində fəaliyyət göstərən EKOKLUB üzvlərinin iştirakı və Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndəsi Abdin Abbasovun rəhbərliyi ilə onlayn formatda “Azərbaycanın biomüxtəlifliyi” adlı tədbir keçirildi.

  Tədbirdə Azərbaycan təbiətinin rənagarəngliyi, bölgələr üzrə bitki və heyvanlar aləminin fərqli təzahürü barədə məlumatlar paylaşıldı. Şagirdlər adı qırmızı kitaba düşən bitki və heyvanlar haqqında təqdimatlar etdilər.

 Liseyin rəhbərliyi tədbirin təşkilatçılarına minnətdarlığını bildirir, onlara işlərində uğurlar arzulayır.