FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Xocalı Vətənin qan yarasıdır" adlı tədbir

25.02.2021

   24 fevral 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin tarix müəllimi İdrak Əliyevin, UBR Nərmin Hüseynzadənin təşkilatçılığı və 9ç sinif şagirdlərinin, sinif rəhbəri Zinyət Bədəlovanın, tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyevin iştirakı ilə onlayn formatda “Xocalı Vətənin qan yarasıdır” adlı tədbir keçirildi.

  Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra 9ç sinif şagirdləri hazırladıqları şeir və kompozisiyaları təqdim etdilər. Şagirdlər təqdimatlarında Xocalı faciəsi ərəfəsində və həmin gün baş verən hadisələri canlandırdılar.

  Tədbirin sonunda liseyin tarix müəllimi İdrak Əliyev Xocalı soyqırımını törədənlər, onların xalqımıza qarşı münasibəti, faciə zamanı ölkəmizdəki ictimai-siyasi vəziyyət barədə geniş məlumat verdi.