FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Suya necə qənaət etməli" adlı vebinar

29.03.2021

    23 fevral 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8b sinif şagirdlərinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nümayəndəsi Elnarə Nəsirovanın iştirakı ilə sudan səmərəli istifadəni təbliğ etmək məqsədilə onlayn formatda “Suya necə qənaət etməli” adlı vebinar keçirildi. Xatırladırıq ki, tədbir Azərbaycanda “Su çərşənbəsi”nin qeyd olunduğu günə təsadüf etdi.

  Tədbirdə şagirdlərə suyun tükənmə təhlükəsi barədə məlumatlar verildi və ondan qənaətlə istifadənin yolları barədə söhbət aparıldı. Şagirdlər beynəlxalq təcrübədə su ehtiyatlarının qorunmasından, real həyatda: evdə, məktəbdə bu istiqamətdəki görülən işlərdən, çatışmazlıqlardan danışdılar. Şagirdlər həmçinin bəşəriyyətin su haqqında yaratdığı əhvalatları da təqdim edərək, onun əhəmiyyətinin hələ qədimdən insanlığın diqqətində olduğunu tədbir iştirakçılarına çatdırdılar.

  Vebinarın təşkilatçılarına liseyin rəhbərliyi adından təşəkkürümüzü bildiririk.