FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Narkomaniyaya yox deyək" adlı tədbir

01.03.2021

   01 mart 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təşkilat saatında 7Ç sinif şagirdlərinin iştirakı ilə “Pis vərdişlərdən uzaq olaq” devizi altında “Narkomaniyaya yox deyək” adlı tədbir keçirildi. Liseyin həkimi Nailə Cəfərovanın da iştirak etdiyi tədbir sinif rəhbəri Ədilova Gültənin təşəbbüsü ilə baş tutdu.

   Tədbirdə narkomaniyanın insan həyatına gətirdiyi bəlalar, törətdiyi fəsadlar, ona aludə olanların cəmiyyətdəki münasibətlərinə vurduğu zərbələr barədə ətraflı söhbət aparıldı, şagirdlərə mövzu ilə bağlı postlar paylandı, onların fikirləri dinlənildi.