FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz VI Qafqaz Riyaziyyat Olimpiadasında 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazandılar

17.03.2021

    12-17 mart 2021-ci il tarixlərində Rusiya Federasiyasının Adıgey Respublikasının Maykop şəhərində VI Qafqaz Riyaziyyat Olimpiadası keçirildi. Bu olimpiadada ölkəmizi aşağı və yuxarı yaş qrupları üzrə 8 nəfərdən ibarət komanda təmsil edirdi. Qeyd edək ki, komandanın əsas heyətini Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri təşkil edirdi.

Liseyimizn şagirdləri bu yarışda uğurla çıxış edərək, 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazandılar. Onları siz də tanıyın:

Abbasov Toğrul Namiq (Xc sinfi) – qızıl;

Qarayeva Fidan Mübariz (IXb sinfi) – qızıl;

Hüseynov Cəlil Hüseyn (IXb sinfi) – qızıl;

Nuriyev Muhammed Hikmət (Xc sinfi) – gümüş;

Cəfərzadə Amin Anar (Xc sinfi) – bürünc.

   Şagirdlərimizi və onların təhsilində əməyi olan hər kəsi təbrik edir, can sağlığı, yeni-yeni uğurlar arzulayırıq!