FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İmkansız ailələrə ilaxır çərşənbə sovqatı

17.03.2021

     16 mart 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin UBR-i Nərmin Hüseynzadənin təşəbbüsü ilə toplanmış maddi və ərzaq yardımları ilaxır çərşənbə günü imkansız ailələrə çatdırıldı. Maddi və ərzaq yardımından əlavə ailələrə bayram şirniyyatlarından ibarət xonçalar da çatdırıldı.

  Bu yardım kampaniyasında aktiv iştirak edən hər kəsə liseyin rəhbərliyi adından təşəkkürümüzü bildiririk.