FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

İlaxır çərşənbə günü "Nur" uşaq evinə bayram sovqatları təqdim edildi.

18.03.2021

   16 mart 2021-ci il tarixində ilaxır çərşənbə günü Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alan şagirdlərin valideynlərinin dəstəyi ilə alınmış ərzaqlar və bayram şirniyyatlarından düzəldilmiş xonçalar “Nur” uşaq evinə təqdim edildi. Eyni zamanda, valideynlərin maddi dəstəyi ilə uşaqlar üçün dəvət edilmiş cizgi filmi personajları uşaqları əyləndirdi.

  Bayram sovqatlarının hazırlanib təqdim edilməsində əməyi olan hər kəsə liseyin rəhbərliyi adından təşəkkürümüzü bildiririk.