FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyimizin şagirdləri "Heydər Əliyev Mərkəzində"

17.05.2016

Liseyimizin şagirdləri "Muzey həftəsində" Heydər Əliyev irsinin araşdırılması, təbliği və fondlarda qorunması istiqamətində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində ekskursiyada olmuşlar. 

Muzey Azərbaycan tarixinin və ümummilli lider Heydər Əliyevin həyat və  fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada toplanan məlumatlar lıiseyimizin şagirdlərinə interaktiv formada çatdırıldı. 

Şagirdlər kompleksdə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlarla tanış oldular .