FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Vətənə qayıdış" adlı onlayn tədbir

12.04.2021

     11 aprel 2021-ci il tarixində “Mənim dünyam” mərkəzi “Beynəlxalq Azərbaycan xanımları klubu” və “Azərbaycan gənclik platformasının” təşəbbüsü və əməkdaşlığı Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 8a və 8b sinif şagirdlərinin iştirakı ilə Zoom platforması üzərindən “Vətənə qayıdış” adlı onlayn tədbir keçirildi. Tədbirdə məqsəd iştirakçıları 44 günlük Vətən müharibəsində mübarizə aparan arxa cəbhə savaşçıları ilə tanış etmək idi.

    Tədbirdə qardaş Türkiyədən TV100 kanalının cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Ali Burak Ersemiz, “Beynəlxalq Azərbaycan xanımları klubu”nun rəhbəri Kamala Ceylinova, eləcə də Azərbaycan TV-nin bölgə müxbiri Elnur Tofiq və “Boccia” idmanının baş katibi və baş məşqçisi, Qarabağ qazisi İlham Məhərrəmov iştirak edirdilər. Qonaqlar şagirdlərə Vətən müharibəsinin görünməyən tərəflərindən danışdılar. Daha sonra onlar şagirdləri maraqlandıran suallara cavab verdilər.

  Tədbirin təşkilatçılarına lisey rəhbərliyi adından təşəkkürümüzü bildirir, fəaliyyətlərində uğurlar arzulayırıq!