FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin şivələri" mövzusunda onlayn dərs

19.04.2021

      19 aprel 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Süleyman Murtuzov liseyin 8a sinif şagirdlərinin iştirakı ilə “Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin şivələri” mövzusunda onlayn dərs keçdi.

Şagirdlər əvvəlcədən elan olunmuş istiqmətlər üzrə apardıqları araşdırmalar barədə təqdimatlar etdilər. Müəllim Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin şivələrinin fonetik, leksik və qrammatik xüsusiyyətləri, onların ədəbi dilimizə təsir dairəsi barədə əlavə məlumat verdi. Daha sonra dərs qarşılıqlı müzakirə, sual-cavab formatinda davam etdi.

 Dərsin təşkilatçısına və iştirakçılarına lisey rəhbərliyi adından təşəkkür edir, uğurlar arzulayırıq!