FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

X Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasının qalibləri

20.04.2021

     09-15 aprel 2021-ci il tarixlərində Gürcüstanın Kutaisi şəhərində X Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirildi. Bu bilik yarışında 55 ölkədən 213 məktəbli iştirak edirdi. Ölkəmizi təmsil edən komandanın 4 üzvündən ikisi Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri idi.

    Şagirdlərimizdən IXb sinif şagirdi Qarayeva Fidan Mübariz qızı bürünc medala, XIc sinif şagirdi Ağazadə Ləman Firdovsi qızı isə həvəsləndirici mükafata layiq görülmüşdür.

      Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!