FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin mədəni-tarixi abidələri

27.04.2021

    27 aprel 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Mədətli 8d sinif şagirdlərinin iştirakı ilə “Virtual məktəb” platforması üzərindən “Qarabağ və işğaldan azad olunmuş digər bölgələrin mədəni-tarixi abidələri” adlı onlayn dərs təşkil etdi. Əvvəlcə Qarabağ və onun ətraf ərazilərinin azad olunması uğrunda gedən Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız birdəqiqəlik sükutla yad edildi.

 Daha sonra şagirdlər Qarabağ və onun ərtaf ərazilərində erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılmış tarixi abidələrimizlə bağlı  topladıqları məlumatları təqdim etdilər. Dərs prosesində Xəyalə müəllimə şagirdlərin suallarına ətraflı cavab verdi.

  Dərsin təşkilatçısına və orada fəal iştirak edən şagirdlərə məktəb rəhbərliyi adından təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!