FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Çocuk Kitap Yazar" layihəsi

24.04.2021

    24 aprel 2021-ci il tarixində eTwinning Plus layihəsi çərçivəsində “Çocuk Kitap Yazar” layihəsini reallaşdırmaq üçün onlayn tədbir keçirildi. Tədbirdə Türkiyədən olan əməkdaşlarla birgə Azərbaycandan olan müəllim və şagirdlər də iştirak edirdi. Azərbaycanlı iştirakçılar arasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin riyaziyyat müəllimi Rəxşəndə Məmmədova, biologiya müəllimi Südabə Kərimova, sinif rəhbəri Aynurə Əfəndiyeva, şagirdlərdən: Ələkbərli Rasim Azər, Xasayev Tofiq Elçin, Kərimova Nabat Cahandar, Məmmədova Maya Azər, Məmmədova Leyli Samir, Qasımov Əli Şıxəli, İsmayılzadə Amil Vidadi,  İbrahimli Cavidan Elşən, Abbaszadə Yusif Emin oğlu da iştirak edirdi.

   Abbaszadə Yusif Emin oğlunun pianoda “Qaytağı” xalq rəqsini və İzmir marşını ifa etməsi iştirakçılar tərəfindən alqışlarla qarşılandı.

    Tədbirin əsas məqsədi kitaba olan sevgini artırmaq, kitab oxumağı vərdiş halına gətirməkdir.

    Tədbirin təşkilatçılarına və iştirakçılarına uğurlar arzulayırıq!