FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Azərbaycanda çayların ekoloji vəziyyəti və su çatışmazlığı" mövzusunda onlayn dərs

30.04.2021

   30 aprel 2021-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin coğrafiya müəllimi Sülhiyyə Hacıyeva 7a sinif şagirdlərinin iştirakı ilə “Azərbaycanda çayların ekoloji vəziyyəti və su çatışmazlığı” mövzusunda onlayn dərs təşkil etdi.

    Dərs hal-hazırda aktual olan çayların ekoloji vəziyyəti və su çatışmazlığı probleminə həsr olunmuşdu. Şagirdlər hazırladıqları slaydlar vasitəsilə problemin aradan qaldırılması yollarını müzakirə etdilər və çirklənmənin daha çox Ermənistan ərazisindən axıb gələn çaylarda olduğunu müxtəlif şəkillər, xəritələr vasitəsilə təqdim etdilər. Eyni zamanda, su çatışmazlığının doğurduğu fəsadlar, suya qənaət edilməsi kimi məslələrə də yer ayrıldı.

      Dərs qarşılıqlı sual-cavab formatında davam etdirildi.

    Lisey rəhbərliyi adından Sülhiyyə müəllimə və şagirdlərə təşəkkür edir, işlərində yeni-yeni uğurlar arzulayırıq!