FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

LİSEYƏ SƏNƏD QƏBULU PROSESİNƏ DƏYİŞİKLİK EDİLİB.

24.05.2021

            
       Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinə qəbul olmaq üçün aprel ayında paylaşdığımız linkdən qeydiyyatdan keçən və ümumiyyətlə, sənəd vermək istəyənlərin nəzərinə!
        Təhsil Nazirliyinin qərarına əsasən, liseylərə qəbul olmaq üçün imtahanlarda iştirak etmək istəyənlər sy.edu.az/login internet saytına daxil olmaqla yenidən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi 05 iyun 2021-ci il tarixinə qədərdir.
       Qeydiyyatla bağlı yaranan suallara həftəiçi hər gün (şənbə, bazar istisna olmaqla) saat 09:00-dan - 18:00-dək 050 678 72 62 nömrəsinə zəng vurmaqla cavab ala bilərsiniz.