FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Sağlam həyat tərzi"

18.05.2016

VIIIsinfinin sinif rəhbəri Məmmədova Bəsti müəllimənin dəvəti ilə Avrasiya klinikasının həkimi Qastroentereloq Azad Musayevlə şagirdlərin görüşü keçirildi. Həkim şagidlərlə ətraflı söhbət apardı. Düzgün və normal qidalanma, normal yuxu sağlam olmağın ən vacib şərtidir.  Siz bizim gələcəyimizsiniz, cəmiyyəti idarə edəcək sağlam nəsil yetişdirmək bizim üzərimizə düşür.  Odur ki, biz həkimlər də müəllimlər də sizə düzgün istiqamət verməyə borcluyuq.   

Azad doktor şagirdlərin gün rejimi , qida rasionu , dərs cədvəli ilə yaxından tanış oldu. Hər bir şagirdin sağlamlıqla bağlı bütün suallarına ətraflı cavab verdi və  sanitar gigiyena qaydalarına da diqqət etmələrini tövsiyyə etdi.